


Rusiyanın Sakit Okean Donanması genişmiqyaslı təlimlərə başlayır
Bakı, 4 avqust, AZƏRTAC
Rusiya Sakit Okean Donanması Yapon və Oxot dənizlərini, eləcə də Sakit Okeanın şimal-qərb hissəsini əhatə edən genişmiqyaslı təlimlərə start verir. Bir neçə həftə davam edəcək təlimlərdə 13 mindən çox hərbçi iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, donanmanın mətbuat xidmətindən verilən məlumata görə, təlimlərə təxminən 60 döyüş gəmisi və sualtı qayıq, eləcə də 30-a yaxın təyyarə, helikopter və PUA cəlb olunub. Admiral Viktor Liinanın rəhbərliyi ilə keçiriləcək ikitərəfli manevrlər zamanı yüksək dəqiqlikli silahların və müasir hərbi texnikanın inteqrasiya olunmuş tətbiqi həyata keçiriləcək.
Bu tədbir 2026-cı ildə Sakit Okean Donanmasının əsas əməliyyat və döyüş hazırlığı tədbiri olaraq qiymətləndirilir.
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb