


Rusiya XİN Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb
Bakı, 4 avqust, AZƏRTAC
Moskva Qərb ölkələrindən konstruktiv və yetkin yanaşma sərgilənəcəyi təqdirdə Ukrayna ilə danışıqlara açıq olduğunu bildirib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin 3-cü Rusiya-Qazaxıstan Media Forumu çərçivəsində danışıb. O, Ukrayna tərəfinin daha əvvəl danışıqlardan çəkildiyini və qeyri-ardıcıl mövqe nümayiş etdirdiyini vurğulayıb.
Nazir müavini qeyd edib ki, əgər Qərbdə münaqişənin əsas səbəblərinin aradan qaldırılmasına yönəlmiş dürüst dialoqa ehtiyac dərk olunarsa, danışıqlar üçün perspektiv yaran bilər. Əks halda, Rusiya xüsusi hərbi əməliyyatı davam etdirərək öz maraqlarını hərbi yolla qoruyacaq.
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb