


Yunanıstanda meşə yanğınları səngimir: Əhaliyə təxliyə xəbərdarlığı edilib
Bakı, 4 avqust, AZƏRTAC
Yunanıstanın paytaxtı Afinanın qərbində və ölkənin digər bölgələrində şiddətli meşə yanğınları ilə mübarizə davam edir. Güclü külək yanğınsöndürmə işlərini xeyli çətinləşdirir.
AZƏRTAC xəbər verir ki, Yunanıstanın dövlət televiziyası ERT-in məlumatına görə, Kandili, Luba və Morfeika kimi ərazilərin sakinləri 112 qaynar xətti vasitəsilə mobil telefonlarına göndərilən təcili xəbərdarlıqlardan sonra təhlükəsiz zonalara təxliyə ediliblər.
Ümumilikdə ölkə daxilində 73 aktiv meşə yanğını qeydə alınıb. Lamya şəhəri yaxınlığındakı yanğına 77 yanğınsöndürən, 19 texnika və 7 təyyarə cəlb olunub. Peyk məlumatlarına görə, indiyədək yanğınlar 5700 hektardan çox ərazini külə döndərib.
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb