


Balaca oxucular üçün maarifləndirici ədəbi görüş təşkil olunub
Bakı, 3 avqust, AZƏRTAC
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə uşaq yazıçısı Elvira Məmmədova ilə balaca oxucuların görüşü təşkil olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, maarifləndirici və interaktiv formatda keçirilən tədbirin məqsədi uşaqlarda ana dilinə sevgi aşılanması, mütaliə mədəniyyətinin inkişaf etdirilməsi və müasir Azərbaycan uşaq ədəbiyyatının təbliğidir.
Elvira Məmmədova çıxışında dövlət dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb. Yazıçı ana dilinin xalqın milli kimliyini yaşadan ən mühüm mənəvi sərvətlərdən biri olduğunu vurğulayıb və uşaqları Azərbaycan dilini sevməyə, ondan düzgün istifadə etməyə və daha çox kitab oxumağa çağırıb.
Sonra yazıçının müəllifi olduğu “Düymə” kitabının təqdimatı olub.
Qeyd edək ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası milli-mənəvi dəyərlərin təbliği, uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması, müasir Azərbaycan uşaq ədəbiyyatının tanıdılması və yazıçı-oxucu əlaqələrinin möhkəmləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirir. Uşaqların intellektual və mənəvi inkişafına töhfə verən maarifləndirici layihələr, müəlliflərlə görüş və kitab müzakirələri davam etdiriləcək.
Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb VİDEO