×
A
A
A
Sazlamalar

Qazaxıstanlı analitik: Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid məkanın formalaşmasına mühüm töhfə verir

Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycanın 2025-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə qoşulması regionda artıq baş verən proseslərin formal təsdiqi idi. Çoxşaxəli əməkdaşlığa qarşılıqlı maraq həmişə mövcud olub. Həmin vaxta qədər Azərbaycan və Mərkəzi Asiya ölkələri siyasi dialoq üzrə ciddi irəliləyişlər əldə edib və bir neçə strateji sahədə əməkdaşlığı daha da genişləndirmək yollarını müəyyənləşdirib.
Bu barədə qazaxıstanlı siyasi analitik Askar Nurşa AZƏRTAC-a açıqlamasında Çolpon-Atada keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələri dövlət başçılarının qeyri-rəsmi görüşünü şərh edərkən bildirib.
Analitik qeyd edib ki, Azərbaycanın bu formatda iştirakı son illərdə region ölkələri ilə münasibətlərin inkişafında təkcə ikitərəfli deyil, həm də çoxtərəfli səviyyədə əldə edilən əhəmiyyətli irəliləyişi nümayiş etdirir.
Qazaxıstanlı ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin Çolpon-Atada keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələri dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirakı Mərkəzi Asiyanın bütün prezidentlərinin iştirakı qədər təbii idi. “Ölkələrimiz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid geosiyasi və geoiqtisadi məkanın formalaşması istiqamətində olduqca sürətlə irəliləyir. Azərbaycan diplomatiyası formatın sabitləşdirici sütunlarından biridir və ortaq dəyərlərin inkişafında iştirak edən ölkə qismində onların tamamlanması və bütövləşməsi prosesinə əhəmiyyətli töhfə verir”, - deyə Askar Nurşa sözlərini yekunlaşdırıb.

Müəllif – Leyla Muradzadə

 

Siyasət 2026-08-03 16:32:00