


Praqada azərbaycanlı rəssamların sərgisi açılıb
Praqa, 3 avqust, AZƏRTAC
Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən “Delyafruz Art” qalereyasında gənc azərbaycanlı rəssamların “Toward the Sun” adlı beynəlxalq sərgisinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, qalereyanın sahibi tanınmış azərbaycanlı rəssam Dəlyafruzun ev sahibliyi etdiyi layihənin kuratoru heykəltaraş Roza Həsənova olub.
Onun sözlərinə görə, sərginin adı işığa, istiliyə və yaradıcılığa doğru can atmanı ifadə edir. Ekspozisiyada Azərbaycanın təbiəti və mədəniyyətindən ilhamlanan Günəş çalarları üstünlük təşkil edir. Sərgidə Azərbaycandan 30 rəssamın rəngkarlıq, qrafika, heykəltaraşlıq, keramika, batik, qobelen və xalçaçılıq nümunələri nümayiş etdirilir.
Açılışda Çexiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü Leyla Beqim çıxış edib, beynəlxalq müsabiqələr laureatı skripkaçı Canel Nəcəfli musiqi proqramı təqdim edib.
Sonda iştirakçılara xatirə sertifikatları təqdim olunub.
Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb VİDEO