×
A
A
A
Sazlamalar

Türk jurnalist: Səfərimiz gələcəkdə formalaşdırılacaq yeni media strategiyasının əsasını təşkil edəcək

Bakı, 3 avqust, AZƏRTAC

Böyük Qarabağ Zəfərinə imza atan Azərbaycanın bugünkü vəziyyətini, inkişaf səviyyəsini, əldə olunan nəticələri, yaxından görmək, yenidən qurulan Qarabağı, bu torpaqlardan köçkün düşmüş insanların 30 illik məhrumiyyətlərdən sonra öz doğma yurdlarına qayıdışını müşahidə etmək olduqca təsirlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk jurnalist Güngör Yavuzaslan söyləyib.
O bildirib ki, səfərdə iştirak edənlər Türkiyənin ən nüfuzlu, xüsusilə mediada çox tanınan media nümayəndələri və elm adamlarıdır. Onun sözlərinə görə, "Böyük Azərbaycan, Güclü Azərbaycan” şüarının ən bariz təzahürü Qarabağın inkişafı və yenidən qurulmasıdır.
Güngör Yavuzaslan qeyd edib ki, Bakıdan başlayaraq Şuşa, Xankəndi, Laçın və Ağdamı əhatə edən geniş ziyarət proqramı qısa müddətdə həyata keçirilsə də, səfər Türkiyədən gələn jurnalistlərin Azərbaycanın inkişafını və Qarabağın yenidən qurulması istiqamətində görülən işləri Türkiyə mediasına və ictimaiyyətinə çatdırması baxımından böyük əhəmiyyət daşıyır.
O vurğulayıb ki, bu səfər gələcəkdə formalaşdırılacaq yeni media strategiyalarının da əsasını təşkil edəcək.

Müxbir - Elmir Səftərov
Fotoqraf - İlkin Cavanşirov

Siyasət 2026-08-03 16:12:00