


DİM: Doktoranturaya qəbul üzrə 164 beynəlxalq dil sertifikatı təsdiqlənib
Bakı, 3 avqust, AZƏRTAC
2026/2027-ci tədris ili üzrə doktoranturaya qəbul zamanı xarici dil imtahanından azad olunmaq üçün beynəlxalq dil sertifikatları təqdim edən namizədlərin arayışları Dövlət İmtahan Mərkəzinin (DİM) “Elektron xidmətlər” bölməsində yerləşdirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu il doktoranturaya qəbul prosesində namizədlər tərəfindən imtahan nəticələrinin keçid balına ekvivalentliyinin müəyyən edilməsi məqsədilə DİM-ə ümumilikdə 176 beynəlxalq xarici dil sertifikatı təqdim olunub. Onlardan 164-ü müvafiq qaydada verifikasiya edilərək təsdiq edilib.
Qeyd olunub ki, doktoranturaya qəbul üzrə xarici dil imtahanında iştirak etmiş namizədlərin nəticələrinə dair arayışlar da yaxın günlərdə DİM-in “Elektron xidmətlər” bölməsində yerləşdiriləcək.
Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO
Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır
Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir