×
A
A
A
Sazlamalar

Nazir müavini: Elçin Əfəndiyevin zəngin ədəbi irsi Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir

Bakı, 3 avqust, AZƏRTAC
Xalq yazıçısı Elçin Əfəndiyev çoxəsrlik Azərbaycan ədəbiyyatına, milli incəsənətimizə və mədəniyyətimizə misilsiz töhfələr verən görkəmli söz ustalarından biridir. O, ədəbiyyatımızın ən parlaq simalarından biri kimi mədəni fikir tariximizdə silinməz iz qoyub, adı milli ədəbiyyat salnaməsinə qızıl hərflərlə həkk olunub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib.
Nazir müavini vurğulayıb ki, Elçin Əfəndiyev təkcə böyük yazıçı və dramaturq deyil, həm də yüksək insani keyfiyyətləri ilə seçilən görkəmli ziyalı idi: "O, həmişə xeyirxahlığı, qayğıkeşliyi və insanlara xüsusi diqqəti ilə seçilən bir şəxsiyyət olub. Zəngin yaradıcılığı, milli-mənəvi dəyərlərə sadiqliyi və Azərbaycan ədəbiyyatının inkişafı naminə gördüyü işlər gələcək nəsillər üçün həmişə örnək olaraq qalacaq. Elçin Əfəndiyevin yaratdığı dəyərli əsərlər və zəngin ədəbi irs Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Onun əsərləri yeni nəsillər tərəfindən də sevə-sevə oxunacaq və daim yaşayacaq”.

Müxbir – Gülay Nəzərova

Mədəniyyət 2026-08-03 13:52:00