


Botanika İnstitutu ilə Qara Dəniz Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu ilə Türkiyənin Qara Dəniz Texnik Universitetinin Molekulyar biologiya və genetika fakültəsi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu barədə Botanika İnstitutundan bildirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən tərəflər birgə tədqiqatların aparılması, elm və təhsil sahəsində əməkdaşlığın inkişafı, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi, həmçinin birgə layihə və elmi tədbirlərin həyata keçirilməsi barədə razılığa gəliblər.
Memorandumu Qara Dəniz Texniki Universitetinin rektoru professor Hamdullah Çuvalcı və Botanika İnstitutunun direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayeva imzalayıblar.
Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO
Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır
Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir