


“44” bədii filminin treyleri yayımlanıb VİDEO
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan “44” bədii filmi tezliklə ictimaiyyətə təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, ekran əsəri bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbət dramıdır.
Filmdə əks olunan hadisələr xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda ayağa qalxan bir nəslin ruhunu, iradəsini və fədakarlığını təcəssüm etdirir. Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır.
“44” sadəcə müharibə haqqında film deyil. Bu ekran əsəri qəlbi Vətən sevgisi ilə döyünən, ümidini heç vaxt itirməyən və sona qədər torpaqlarının azadlığı uğrunda fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekayəsidir.
“44” bədii filmi istehsal miqyası, cəlb olunmuş mütəxəssislərin sayı, çəkiliş coğrafiyası, istifadə olunan texniki resursların həcmi və beynəlxalq əməkdaşlıq səviyyəsi baxımından Azərbaycan tarixində ən böyük kinematoqrafik layihələrdəndir.
Filmdə azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb. Çəkilişlərdən əvvəl aktyor heyəti Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçib.
Filmin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb.
Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb VİDEO