


Nazir müavini: İşğal dövründə 700-dən çox tarixi və mədəniyyət abidəmiz dağıdılıb VİDEO
Zəngilan, 2 avqust, AZƏRTAC
Bu torpaqlarda (Qarabağ və Şərqi Zəngəzurda – red.) azərbaycanlıların böyük tarixi izi, zəngin mədəni irsi var. Bu mədəni irs 30 illik işğal dövründə böyük talanlara və dağıntılara məruz qalıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı zamanı çıxışında söyləyib.
O bildirib ki, ümumilikdə 700-dən çox tarix və mədəniyyət abidəmiz işğalçılar və separatçılar tərəfindən dağıdılıb. “Təbii ki, həmin abidələr sırasında bizim üçün müqəddəs sayılan məscidlər, türbələr, eləcə də qəbiristanlıqlar xüsusi əhəmiyyət daşıyırdı. Bu müqəddəs məkanlar da ən vəhşi və amansız şəkildə viran edilib”, - deyə nazir müavini vurğulayıb.
Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb VİDEO