


Azərbaycanın mina qurbanlarına həsr edilmiş sənədli film beynəlxalq festivalda nümayiş olunacaq
Bakı, 2 avqust, AZƏRTAC
“Gilavar Foto Klubu” İctimai Birliyinin istehsalı olan qısametrajlı sənədli film beynəlxalq uğuruna imza atıb. Mina qurbanına həsr edilmiş “Addım” (“Step”) filmi Hindistanda keçiriləcək “Dreamz Catcher” Beynəlxalq Film Festivalı tərəfindən rəsmi seçimə layiq görülərək sənədli filmlər kateqoriyasında nümayiş proqramına daxil edilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, sənədli filmin qəhrəmanı mina partlayışı nəticəsində ağır xəsarət alan Həsənəli Əlizadədir. Ekran əsəri onun həyat hekayəsini, mina faciəsinin insan taleyində buraxdığı dərin izləri və müharibədən sonrakı dövrdə mina təhlükəsinin yaratdığı humanitar problemləri tamaşaçıya çatdırır.
Filmin əsas məqsədi mina terrorunun ağır nəticələrini beynəlxalq auditoriyaya nümayiş etdirmək, qurbanların səsini dünyaya eşitdirmək və bu qlobal problemə ictimai diqqəti artırmaqdır.
Bu ekran əsərinin beynəlxalq festivalın rəsmi seçim proqramına daxil edilməsi Azərbaycan sənədli kinosunun, eləcə də ölkəmizdə istehsal olunan sosial mövzulu filmlərin xaricdə tanınması baxımından xüsusi əhəmiyyət daşıyır.
Filmin rejissoru Elnur Abbasov, prodüseri isə Rəşad Mehdiyevdir.
Qeyd edək ki, “Addım” (“Step”) filmi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Gilavar Foto Klubu” İctimai Birliyinin sifarişi əsasında “Today Media and Documentary” tərəfindən istehsal olunub.
Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb VİDEO