


Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
Moskva, 20 iyul, AZƏRTAC
Azərbaycan Turizm Bürosunun Rusiyadakı nümayəndəliyi Moskvada Rusiya turizm sənayesinin nümayəndələri üçün ölkəmizin biznes (MICE) və qış turizmi imkanlarının təşviqinə həsr olunmuş iki ixtisaslaşmış seminar təşkil edib.
AZƏRTAC xəbər verir ki, ilk seminar MICE turizminin inkişafına yönəlib və “Absheron Hotel Group” ilə birgə keçirilib. Tədbirdə Rusiyanın biznes tədbirlərinin təşkilində ixtisaslaşmış 11 aparıcı şirkətinin nümayəndələri iştirak ediblər.
İştirakçılara Azərbaycanın ilboyu turizm imkanları, həmçinin korporativ görüşlər, konfranslar və digər işgüzar tədbirlər üçün ölkənin müasir infrastrukturu təqdim edilib. Xüsusilə, Azərbaycanın MICE turizmi üçün cəlbedici bir məkan kimi potensialına diqqət yetirilib. Seminar qonaqların ənənəvi Azərbaycan mətbəxindən və şərab dequstasiyasından zövq aldıqları şam yeməyi ilə başa çatıb.
Rusiyanın xizək tətili üzrə ixtisaslaşmış tur operatoru “Jet Travel” ilə birgə təşkil edilən ikinci seminarda Azərbaycanın qış turizm potensialı müzakirə olunub. Tədbirdə Rusiyanın 12 turizm agentliyinin nümayəndələri iştirak ediblər.
Qonaqlara Azərbaycanın qış turizm infrastrukturu, turizm məhsullarının çeşidliliyi və ölkənin zəngin mədəni irsi haqqında ətraflı məlumat verilib. Proqramın bir hissəsi olaraq, iştirakçılara ənənəvi Azərbaycan səhər yeməyi də təqdim edilib ki, bu da onların milli kulinariya ənənələri ilə tanış olmalarına imkan yaradıb.
Bu tədbirlər Azərbaycanın turizm potensialını Rusiya bazarında tanıtmaq və turizm sənayesinin nümayəndələri ilə əməkdaşlığı genişləndirmək istiqamətində atılan daha bir addım olub.
Əziz Şiriyev: Əvvəlki aylarla müqayisədə turizm sektorunda müəyyən canlanma müşahidə olunur
Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub