×
A
A
A
Sazlamalar

ABŞ 250 illik yubileyini qeyd edir FOTOSESSİYA VİDEO

Vaşinqton, 4 iyul, AZƏRTAC
250 il əvvəl müstəqilliyini elan edən Amerika Birləşmiş Ştatları bu gün tarixinin ən böyük yubiley tədbirlərindən birinə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, paytaxt Vaşinqton bayramın əsas mərkəzinə çevrilib. Bir neçə gündür “National Mall” adlanan milli park boyunca minlərlə insanın iştirakı ilə konsertlər, mərasimlər və xüsusi proqramlar keçirilir.
Ölkə ərazisində kəskin istilər səbəbindən bu gün üçün planlaşdırılan bir neçə tədbir təxirə salınıb. Əsas tədbir yerli vaxtla axşam saat 17:00-da başlayacaq. Dron şousu və konsert proqramı ilə yanaşı, mərasimdə ABŞ Prezidenti Donald Trampın çıxışı da nəzərdə tutulub. Axşam saatlarında isə Vaşinqton səmasını ABŞ tarixində ən böyük atəşfəşanlıq nümayişlərindən birinin işıqlandıracağı gözlənilir. Təxminən 40 dəqiqə davam edəcək atəşfəşanlığın Ginnesin Rekordlar Kitabına düşəcəyi deyilir.
Yubileylə əlaqədar paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib, konsert və digər kütləvi tədbirlər zamanı asayişin qorunması üçün əlavə polis qüvvələri cəlb edilib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2026-07-04 19:26:00

Video