


Şavkat Mirziyoyev: Birinci Türkoloji Qurultay türk xalqlarının inkişafında yeni bir dövrün başlanğıcını qoyan tarixi hadisədir VİDEO
Bakı, 29 iyun, AZƏRTAC
Birinci Türkoloji Qurultay türk xalqlarının elmi, mədəni və ictimai həyatının inkişafında yeni bir dövrün başlanğıcını qoyan tarixi hadisə kimi yadda qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.
Müraciətdə vurğulanır: "Türk dünyası nümayəndələri ilə birlikdə bu forumun keçirilməsini türk xalqlarını birləşdirən ortaq dəyərlərə göstərilən yüksək ehtiramın təzahürü kimi qiymətləndiririk. Bu, türk xalqları arasında dostluq və birliyin daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi addım olacaq".
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib
Ceyhun Bayramov: Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq VİDEO