


Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib
Bakı, 23 iyun, AZƏRTAC
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 408 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.
Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
® “Bir” və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Alüminium qiymətləri 3 ayın minimumuna enib
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib
® Silahlı Qüvvələrimiz üçün xüsusi kredit
Biznesin təsis edilməsi proseslərinin daha da yaxşılaşdırılmasına dair müzakirələr aparılıb