×
A
A
A
Sazlamalar

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

Bakı, 19 iyun, AZƏRTAC

Kanada yığması dünya çempionatının qrup mərhələsinin ikinci turunda Qətər millisini 6:0 hesabı ilə darmadağın edib.
AZƏRTAC xəbər verir ki, Vankuverdə keçirilən oyunda qolları Kayl Larin, Conatan Devid (3), Natan Saliba və Məhəmməd Əl-Mannai vurublar.
Qətər yığması görüşü doqquz nəfərlə başa vurub.
B qrupunda Kanada 4 xalla liderdir. Eyni xala malik İsveçrə ikinci pillədə qərarlaşıb. Bosniya və Herseqovina ilə Qətərin aktivində isə hərəyə 1 xal var.
Son turda Kanada İsveçrə, Qətər isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

İdman 2026-06-19 05:30:00