


Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, iclas iştirakçılarına “Fruit Valley” MMC-nin və “Yard Agro” MMC-nin həyata keçirdikləri layihələr barədə məlumat verilib. Bildirilib ki, burada istehsal olunan məhsulların həm daxili, həm də xarici bazarlarda satışı nəzərdə tutulub.
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib YENİLƏNİB
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq
Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub
Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib