


Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər
Daşkənd, 16 iyun, AZƏRTAC
Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) artıq alternativ marşrut olmaqdan çıxaraq beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilməkdədir.
Bunu AZƏRTAC-a “Women in TLP” platformasının Qırğızıstan üzrə ölkə direktoru və “Caravan Logistics” şirkətinin avtomobil daşımaları üzrə rəhbəri Meerim Usubaliyeva deyib.
Onun sözlərinə görə, Qırğızıstanın logistika şirkətləri Avropadan Mərkəzi Asiya ölkələrinə yüklərin Qara dəniz, Azərbaycan, Gürcüstan, Xəzər dənizi, Qazaxıstan və Türkmənistan üzərindən çatdırılması üçün bu marşrutdan fəal istifadə edirlər.
“Orta Dəhliz üzrə yükdaşımaların həcminin davamlı artdığını müşahidə edirik. Digər regionlarda qeyri-sabitliyin davam etdiyi bir vaxtda məhz bu marşrut beynəlxalq ticarət və nəqliyyat təhlükəsizliyi baxımından getdikcə daha böyük əhəmiyyət qazanır”, – deyə ölkə direktoru bildirib. O əlavə edib ki, marşrutun gələcək inkişafı iştirakçı ölkələr arasında daha sıx koordinasiya tələb edir.
Usubaliyevanın fikrincə, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tranzit prosedurlarının sürətləndirilməsi və Orta Dəhliz boyunca yerləşən ölkələr arasında səmərəli əməkdaşlığın gücləndirilməsi marşrutun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağa və onun Avrasiyanın ən mühüm nəqliyyat istiqamətlərindən biri kimi mövqeyini möhkəmləndirməyə imkan verəcək.
Müxbir – Tamilla Məmmədova
Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib
Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər
Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır