×
A
A
A
Sazlamalar

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Bakı, 14 iyun, AZƏRTAC

Futbol üzrə dünya çempionatında daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, E qrupunda Almaniya millisi Kurasao ilə qarşılaşıb.
Matç Avropa təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bundestimin qollarına Feliks Nmeça, Niko Şlotterbek, Kay Havertz (2 qol), Camal Musiala, Nataniel Braun və Dəniz Undav imza atıblar.
Kurasaonun qolunu isə Livano Komenensiya vurub.

İdman 2026-06-14 23:02:00