


Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
Bakı,13 iyun, AZƏRTAC
İyunun 13-də Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru Tünzalə Zeynalova bildirib ki, təhsil müəssisəsində 2786 şagird təhsil alır, onlardan 187 nəfəri cari tədris ilində məzun olur. O, buraxılış və qəbul imtahanlarının nəticələrinə də toxunaraq qeyd edib ki, 8 məzun 600-dən yuxarı bal toplayıb.
Tədbirdə çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova cari tədris ilində paytaxt məktəblərində 37 min 222 nəfərin XI sinfi bitirdiyini diqqətə çatdırıb. O, ölkədə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, məzunların gələcəkdə əldə etdikləri bilik və bacarıqlarla ölkənin inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib.
Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib.
Qeyd edək ki, bu il paytaxt məktəblərində 37 min 222 nəfər XI sinfi bitirərək məzun adını qazanır. Respublika üzrə isə ümumilikdə 116 min 550 şagird orta təhsil pilləsini başa vurur.
Müxbir - Nərmin Murad
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO
Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb