


BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
Bakı, 12 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin Qazax filialında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışıb. Qeyd edib ki, 1991-ci ildə ölkəmiz yenidən öz müstəqilliyinə qovuşdu. Lakin müstəqilliyin qorunub saxlanılması, möhkəmləndirilməsi onun əldə olunmasından çətin olduğu dövrdə xalqımız xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasında gördü. A.Rüstəmov xalqımızın dahi rəhbərə güvənib arxalandığını qeyd edərək Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərindən ətraflı söz açıb. Bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli idarəçiliyi nəticəsində ölkəmizin davamlı inkişaf yolunda irəliləyir və tarixi nailiyyətlər əldə edir.
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu