


Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
Bakı, 11 iyun, AZƏRTAC
Portuqaliyalı mütəxəssis Joze Mourinyo İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi təyin edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Florentino Peresin sədrliyi ilə keçirilən direktorlar şurasının iclasında Mourinyonun əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunması barədə qərar qəbul edilib. Tərəflər arasında 2029-cu il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb.
Məlumata görə, portuqaliyalı çalışdırıcı komandanın mövsümöncəsi hazırlıqlara başlayacağı 13 iyul tarixində vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Joze Mourinyo daha əvvəl 2010–2013-cü illərdə də Madrid təmsilçisini çalışdırıb. Onun rəhbərliyi altında “Real Madrid” İspaniya çempionu olub və ölkə kubokunu qazanıb.
DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2
Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar