×
A
A
A
Sazlamalar

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Bakı, 11 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan ölkəmizə gətirilmiş 30 uşaqla bağlı reabilitasiya tədbirləri davam etdirilir.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, reabilitasiya proqramı çərçivəsində uşaqlar üçün Qəbələ və Şəkiyə tur təşkil edilib. Ekskursiya zamanı uşaqlar Qəbələdə Tufandağ İstirahət Kompleksini və Qəbələ Arxeoloji Mərkəzini, Şəkidə Xan Sarayını və Karvansaray kompleksini ziyarət ediblər.
Onlara Azərbaycanın zəngin mədəni-tarixi irsi və təbiəti ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Eləcə də uşaqlar bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda, psixososial təlimlərə cəlb olunurlar.
Qeyd edək ki, 10 günlük sosial reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.

Regionlar 2026-06-11 18:50:00