


Mətin Məmmədli: Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır
Bakı, 11 iyun, AZƏRTAC
Cənubi Qafqazda dayanıqlı inkişafın, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması birbaşa davamlı sülhün bərqərar edilməsindən asılıdır. Regionda sabitlik olmadan nə iqtisadi inteqrasiyadan, nə də uzunmüddətli inkişaf perspektivlərindən danışmaq mümkündür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli BMTM-in təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, keçmiş münaqişə dövrünün narrativlərini yenidən gündəmə gətirmək və həmin yanaşmalara qayıtmaq sülh prosesinə ciddi təhdid yarada bilər.
“Azərbaycanın sülh gündəliyi məhz regionda davamlı və dayanıqlı sülhün təmin olunmasına yönəlib. Dayanıqlı sülhə nail olunduğu təqdirdə regional inteqrasiya proseslərinin sürətlənməsi, iqtisadi əməkdaşlığın genişlənməsi və qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün daha əlverişli şərait formalaşacaq. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanır", - deyə şöbə müdiri əlavə edib.
M. Məmmədli qeyd edib ki, Azərbaycanın sülh gündəliyinin əsas elementlərindən biri də dövlətlərarası münasibətlərdə güc tətbiqindən və güc hədəsindən imtina olunması prinsipidir.
Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb
Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir
Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB