×
A
A
A
Sazlamalar

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Naxçıvan, 7 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.
Muxtar Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bəzi dağlıq və dağətəyi zonalarda yağıntı müşahidə olunur.
Şahbuz rayonunun Kükü kəndinə isə dolu düşüb. Dolunun diametri 5 millimetr təşkil edib.

Müxbir- Nail Əsgərov

Regionlar 2026-06-07 14:34:00

Video