


İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər
London, 7 iyun, AZƏRTAC
Bir qrup tanınmış iqtisadçı Böyük Britaniyanın onilliyin sonuna qədər borc böhranı ilə üzləşə və bunun nəticəsində hökumətin Beynəlxalq Valyuta Fondundan (BVF) yardım istəməyə məcbur qala biləcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, BVF-nin keçmiş baş iqtisadçısı, hazırda Harvard Universitetinin professoru olan Ken Roqoff Leyboristlər Partiyasının mümkün lider namizədlərindən biri olan Endi Burnham üçün xəbərdarlıq xarakterli açıqlama verib.
Onun sözlərinə görə, COVID-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi və İran ətrafında yaranan son gərginliklər Böyük Britaniyanın maliyyə vəziyyətini daha həssas edib. O, hesab edir ki, 2030-cu ilə qədər ölkənin ciddi borc böhranı ilə üzləşməsi ehtimalı 50 faizdən çoxdur. İqtisadçı bildirib ki, belə bir böhran hökuməti vergiləri əhəmiyyətli dərəcədə artırmağa və ya dövlət xərclərini kəskin azaltmağa məcbur edə bilər.
Ken Roqoffun fikrincə, mümkün iqtisadi sarsıntı nəticəsində İngiltərə Bankı inflyasiyaya nəzarəti itirərsə, Böyük Britaniya daha genişmiqyaslı maliyyə dəstəyinə ehtiyac duya və BVF-nin köməyinə müraciət edə bilər.
Məlumata görə, Böyük Britaniyanın dövlət borcunun bu il ilk dəfə olaraq 3 trilyon funt sterlinq həddini keçəcəyi gözlənilir.
İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
Dünya birjalarında neft ucuzlaşıb
Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir
Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir