


Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib
Oğuz, 6 iyun, AZƏRTAC
Oğuz Rayon İcra Hakimiyyəti və Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə sahibkarların, fermerlərin və inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə kənd təsərrüfatının mövcud vəziyyəti və prespektivləri mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC-ın bölgə müxbirinə İcra Hakimiyyətindən verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr, eləcə də proqramın icrası ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub.
Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu siyasətin nəticəsi olaraq ölkədə kənd təsərrüfatının dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və regionların sosial-iqtisadi tərəqqisi istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Tədbirdə fermer və sahibkarların Dövlət Proqramı ilə bağlı təklifləri dinlənilib, rayonun aqrar sektor üzrə inkişaf perspektivləri, mövcud potensialı və gələcək hədəflərin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin proqramın yerli səviyyədə səmərəli icrasının təmin edilməsi üçün görüləcək tədbirlər barədə müzakirələr keçirilib.
Müxbir - Rasim İslamoğlu
Naxçıvanda iyun ayının pensiyaları ödənilib
Göyçayda taxıl biçininə başlanılıb
Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib
Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub