


Şəkili fermerlər Dövlət Proqramından irəli gələn məsələlər barədə məlumatlandırılıblar
Şəki, 5 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlər iyunun 5-də Şəki Şəhər İcra Hakimiyyətində fermerlərlə keçirilən görüşdə geniş müzakirə olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyətindən məlumat verilib.
Görüşdə diqqətə çatdırılıb ki, proqramın əsas məqsədi kənd təsərrüfatının inkişafına təkan vermək, dövlət və özəl investisiyaların daha səmərəli şəkildə cəlb olunmasına şərait yaratmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək və aqrar istehsalda dayanıqlı artımı təmin etməkdir.
Qeyd olunub ki, proqramın uğurlu icrası kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, regionlarda məşğulluğun genişlənməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək.
Tədbirdə məsələ ətrafında müzakirələr aparılıb, fermerlərə müvafiq tövsiyələr verilib.
Müxbir – Mustafa Dadaşov
Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib
Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib