×
A
A
A
Sazlamalar

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 4-5-də Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Ankarada bir sıra görüşlər keçirib.
İcmanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti görüş Türkiyə Böyük Millət Məclisində (TBMM) baş tutub.
TBMM-in Sağlıq, Ailə, Çalışma və Sosial İşlər Komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasının millət vəkili Vedat Bilginlə görüşdə iki qardaş ölkə arasında gündən-günə inkişaf edən əməkdaşlıq münasibətlərindən bəhs olunub. Həmçinin parlamentlərarası dostluq qruplarının fəaliyyəti, qarşılıqlı əlaqələrin genişləndirilməsi və Qərbi Azərbaycan mövzusunda birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ortaq tarixi-mədəni irsin təbliği məsələləri barədə də danışılıb.

Siyasət 2026-06-05 16:50:00