


BMT-nin nümayəndəsi: Metan emissiyalarının təxminən 75 faizinin qarşısı mövcud texnologiyalar vasitəsilə alına bilər
Bakı, 5 iyun, AZƏRTAC
Metan emissiyalarının azaldılması hər baxımdan məntiqlidir. Fosil yanacaq sektoru, o cümlədən kömür sənayesi ən aşağı xərcli imkanları təqdim edir. Neft və qaz sektorunda metan emissiyalarının təxminən 75 faizinin qarşısı mövcud texnologiyalar vasitəsilə alına bilər və bunların bir çoxunu hətta mənfi xərclə həyata keçirmək mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbir çərçivəsində keçirilən “Metan Emissiyalarının Azaldılması üçün Birgə Fəaliyyət: Kənd Təsərrüfatı, Enerji və Tullantılar üzrə Həll Yolları” adlı panel tədbirdə çıxış edərkən deyib.
“Metan təbii qazın əsas tərkib hissəsidir. Buna görə də sızmaların aradan qaldırılması, havaya buraxılması və məşəldə yandırma hallarının azaldılması, eləcə də metanın tutulub istifadəyə yönəldilməsi qiymətli bir resursun əlavə həcmlərinin əldə olunmasına imkan yaradır. Kənd təsərrüfatında metan emissiyalarının azaldılması da eyni dərəcədə vacibdir. Bu, qidanın daha səmərəli və dayanıqlı üsullarla istehsalı deməkdir. Bu, həmçinin tullantı sahələrinin bağlanması və üzvi tullantıların poliqonlara göndərilməsi əvəzinə faydalı məhsullara çevrilməsi deməkdir. Bu istiqamətdə irəliləyiş əldə olunur. UNEP tərəfindən idarə olunan Beynəlxalq Metan Emissiyaları Rəsədxanası və Metan Xəbərdarlıq Cavab Sistemi vasitəsilə peyk monitorinqi həyata keçirilir. Bu təşəbbüs böyük metan emissiyası hadisələri ilə bağlı 5 mindən çox xəbərdarlıq göndərib”, - deyə icraçı direktor diqqətə çatdırıb.
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq
Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır