


Elşad Ağayev: Əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi xüsusi əhəmiyyət daşıyır
Bakı, 5 iyun, AZƏRTAC
Prokurorluğun Cinayət təqibindənkənar icraatlar idarəsinin fəaliyyət istiqamətlərindən biri də vətəndaşların əmək hüquqlarının pozulması ilə bağlı müraciətlərə baxılmasıdır. Əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Yasamal Rayon Prokurorluğunun inzibati binasında keçirilən “Açıq qapı” günü və “Əmək hüquqlarının müdafiəsində prokurorluğun, medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusuna həsr olunan seminar çərçivəsində Baş Prokurorluğun Cinayət təqibindənkənar icraatlar idarəsinin böyük prokuroru Elşad Ağayev söyləyib.
O qeyd edib ki, bu müraciətlər üzrə aparılan araşdırmalar nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanılır.
“Vətəndaşlar əməkhaqqının, məzuniyyət ödənişlərinin, əmək münasibətlərinə xitam verildikdə yekun hesablaşmanın və digər əmək hüquqlarının pozulması, eləcə də əmək müqaviləsi bağlanılmadan işə cəlbolunma halları ilə qarşılaşdıqda bu barədə Baş Prokurorluğun Çağrı Mərkəzinin qaynar xətt nömrəsi olan 961-ə və ya Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etməlidirlər. Daxil olan məlumatlar operativ qaydada araşdırılır, qanunvericiliyə uyğun qərarlar qəbul edilir və vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülür”, – deyə E.Ağayev diqqətə çatdırıb.
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib