


ƏƏSMN-in tabeliyindəki qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqənin imtahan mərhələsi təşkil olunub
Bakı, 5 iyun, AZƏRTAC
İşə qəbulla bağlı müraciətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) vahid elektron platforması, əmək və məşğulluq alt sistemi vasitəsilə qəbul edilir. Müsabiqə mərhələsi isə iki hissədən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mətbuat katibi Fidan Seyidşahqızı qurumun Qiymətləndirmə Mərkəzində ƏƏSMN-in tabeliyində olan qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqənin imtahan mərhələsini izləmək üçün təşkil edilən mediatur çərçivəsində bildirib.
Onun sözlərinə görə, müsabiqənin imtahan mərhələsi 100 dəqiqə davam edir. Sualların ən azı 70 faizini düzgün cavablandıran namizədlər müvəffəqiyyətli hesab olunaraq ikinci mərhələyə – müsahibəyə buraxılırlar. Müsahibə mərhələsi isə əvvəlcədən elan olunmuş proqram əsasında keçirilir və bu zaman namizədlərin bilik səviyyəsi, peşəkar bacarıqları, eləcə də vəzifəyə uyğunluğu qiymətləndirilir.
O qeyd edib ki, bəzi namizədlər imtahan mərhələsindən azad olunurlar. Bunlara elmlər doktoru elmi dərəcəsinə malik şəxslər, azı 5 il dövlət qulluğu stajı olan dövlət qulluqçuları, peşəkar mühasib və tibbi sertifikata sahib şəxslər, Yüksəliş müsabiqənin finalçıları, həmçinin “Gənc Dost” könüllü proqramını A sertifikatı ilə başa vuran könüllülər daxildir. Lakin bunun üçün həmin şəxslər sənəd qəbulu zamanı imtiyazlarını təsdiq edən sənədləri sistemə yükləməlidirlər.
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib