


Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilir
Bakı, 5 iyun, AZƏRTAC
Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı Cinayət-Prosessual Məcəlləsində bəzi dəyişiklik edilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin iyunun 5-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs məlum olan sonuncu yaşayış yeri, hüquqi şəxs isə yerləşdiyi ünvan üzrə cinayət prosesini həyata keçirən orqan tərəfindən bildiriş göndərilməklə məlumatlandırılacaqlar.
Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 99-1.1-ci maddəsində şəxsin göstərilən müraciətinə əsasən 3 (üç) gündən gec olmayaraq onun əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi barədə qərar qəbul edəcək.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib