×
A
A
A
Sazlamalar

Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub

Kiyev, 5 iyun, AZƏRTAC

Kiyev vilayətinin Brovarı rayonundakı qida emalı zavoduna Rusiyanın dron hücumu nəticəsində dörd nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyasının rəisi Nikolay Kalaşnik “Telegram” kanalında məlumat verib.
O yazıb: “Təəssüf ki, düşmənin Brovarı rayonundakı mülki müəssisəyə hücumu nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb. Qurbanların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı verirəm”.
Bundan əvvəlki məlumatda bir nəfərin öldüyü, dörd nəfərin yaralandığı bildirilirdi.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2026-06-05 12:42:00