


Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
Bakı, 5 iyun, AZƏRTAC
Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair beş əsas milli prioritetdən biri kimi müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününün (WED) iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Qeyd olunub ki, bu prioritetə uyğun olaraq, yaşıllıqların və meşə sahələrinin artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və tullantıların idarə olunması məqsədilə müasir infrastrukturun yaradılması üçün məqsədyönlü səylər göstərilir.
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO
Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub