×
A
A
A
Sazlamalar

Monteneqro 2028-ci ilədək Aİ-yə üzv olmaq məqsədini bir daha təsdiqləyib

Bakı, 5 iyun, AZƏRTAC
Monteneqronun Baş naziri Miloiko Spajiç ölkəsinin 2028-ci ildə Avropa İttifaqına (Aİ) üzv olmasının real hədəf olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Baş nazir bu barədə RFI radiosuna müsahibəsində danışıb. Onun sözlərinə görə, Monteneqro Aİ-yə üzvlüklə bağlı danışıqların bütün mərhələləri 2026-cı ilin sonuna və ya 2027-ci ilin əvvəlinə qədər bağlamağı planlaşdırır. Daha sonra ratifikasiya prosesinin 2027-2028-ci illərdə başa çatdırılması nəzərdə tutulur.
Miloiko Spajiç qeyd edib ki, yekun qərar Aİ-yə üzv dövlətlərdən asılı olacaq və Monteneqro bütün prosedurlara hörmətlə yanaşır.
Qeyd edək ki, Monteneqro Avropa İttifaqına üzvlüyə rəsmi namizəd ölkələrdən biridir. Hökumət ölkənin 2028-ci ilə qədər Aİ-nin növbəti üzvünə çevrilməsini qarşıya məqsəd qoyub.

Dünya 2026-06-05 11:35:00