


Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı alınıb.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlərlə 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıblar. Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib