×
A
A
A
Sazlamalar

ÇXR Sədri Si Cinpin Şimali Koreyaya səfər edəcək

Pekin, 5 iyun, AZƏRTAC

Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpin iyunun 8-9-da Koreya Xalq Demokratik Respublikasında (KXDR) səfərdə olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası açıqlama yayıb. Səfər KXDR lideri Kim Çen Inın dəvəti əsasında baş tutacaq.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2026-06-05 07:02:00