


“Politico”: ABŞ Almaniyaya “Tomahawk” raketlərinin tədarükünü ləğv edə bilər
Bakı, 5 iyun, AZƏRTAC
ABŞ administrasiyası Almaniyaya “Tomahawk” qanadlı raketlərinin tədarükü planlarından imtina edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton Avropada uzunmənzilli raketlərin yerləşdirilməsinin Moskvanın cavab tədbirlərinə səbəb ola biləcəyindən ehtiyat edir. Qərara ABŞ-nin hərbi ehtiyatlarının azalması ilə bağlı narahatlıqların da təsir göstərdiyi bildirilir.
Məqalədə qeyd olunur ki, Almaniya artıq “Tomahawk” raketlərinə alternativlər axtarmağa başlayıb və öz uzunmənzilli silah sistemlərinin inkişafını sürətləndirməyi nəzərdən keçirir. ABŞ qoşunlarının Avropadan çıxarılması ehtimalı da Almaniyada əlavə narahatlıq doğurur.
Yaponiya və ABŞ süni intellektin inkişafına birgə bir milyard dollar sərmayə yatıracaq
Almaniya və Fransa Balkan ölkələri və Moldovanın Aİ-yə inteqrasiyası üçün plan hazırlayıb
ÇXR Sədri Si Cinpin Şimali Koreyaya səfər edəcək
ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb
BMT qeyri-qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib