


İsrail və “Hizbullah” Livanın cənubunda hücumları davam etdirir
Bakı, 5 iyun, AZƏRTAC
ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında atəşkəs razılaşması əldə olunmasına baxmayaraq, tərəflər qarşılıqlı zərbələr endirməkdə davam edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp administrasiyasının vasitəçiliyi ilə iki ölkə arasında yeni atəşkəs razılaşması əldə edildikdən cəmi bir neçə saat sonra İsrail və “Hizbullah” arasında qarşılıqlı zərbələr qeydə alınıb.
Bundan əvvəl “Hizbullah” İsrail və Livan hakimiyyətləri arasında əldə edilmiş atəşkəsin şərtləri ilə razılaşmadığını bəyan etmişdi.
Qruplaşmanın lideri Naim Qassem cümə axşamı bildirib ki, “işğal davam etdiyi müddətdə müqaviməti dayandırmaqla bağlı heç bir öhdəlik götürməmişik”.
O, İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasının vacibliyini vurğulayıb.
Atəşkəs qüvvədə olsa da, İsrail Livanın cənubunda “Hizbullah”ın hədəflərinə zərbələr endirməkdə davam edir.
BMT süni intellektin planetin təbii ehtiyatlarına mənfi təsirini araşdırıb
ABŞ-li jurnalist Çin kəşfiyyatına çalışdığını etiraf edib
Yaponiya və ABŞ süni intellektin inkişafına birgə bir milyard dollar sərmayə yatıracaq
Almaniya və Fransa Balkan ölkələri və Moldovanın Aİ-yə inteqrasiyası üçün plan hazırlayıb