×
A
A
A
Sazlamalar

Putin: Rusiya və Ukrayna arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər

Moskva, 4 iyun, AZƏRTAC

Prezident Vladimir Putin bildirib ki, Rusiya və Ukrayna arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.
Rusiya liderinin sözlərinə görə, Moskva Ukrayna ilə sülh yolu ilə və Rusiya-Amerika danışıqları zamanı Ankoricdə müzakirə olunan kompromislər əsasında razılığa gəlməyə hazırdır və bunu istəyir.
Putin qeyd edib ki, Rusiya həmin danışıqlarda müzakirə olunan kompromislərə razıdır.
“İndi lazımdır ki, bu kompromislərlə Ukrayna tərəfi də razılaşsın. Bu halda münaqişə tezliklə öz təbii sonluğuna çatacaq”, - deyə Rusiya lideri vurğulayıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2026-06-04 23:01:00