


Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
Ankara, 4 iyun, AZƏRTAC
Türkiyə İslam bankçılığı bazarının həcminə görə dünyanın ilk beş ölkəsi sırasına daxil olmağı qarşısına məqsəd qoyub. Bu məqsədə çatmaq üçün qarşıda çoxsaylı vəzifələr dayanır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək bildirib.
Onun sözlərinə görə, İslam bankçılığının dayanıqlılığının artırılmasına daha çox vəsait yatırılmalı, etibarlı ehtiyatlar formalaşdırılmalıdır: “Bu isə İslam maliyyələşməsi məhsullarına xüsusi diqqət yetirilməsini tələb edir”.
Nazir qeyd edib ki, hazırda Türkiyə İslam maliyyəsi bazarının həcminə görə dünyada doqquzuncu yerdədir və sürətlə inkişaf edən ölkə üçün bu göstərici kifayət deyil.
“Biz müxtəlif sarsıntılara həssas olan bir dünyada yaşayırıq. Buna görə də maliyyə sisteminin dayanıqlılığına investisiya yatırmaq lazımdır. İnvestorları fəal şəkildə cəlb etmək üçün Türkiyənin daha şaxələndirilmiş maliyyə alətlərinə ehtiyacı var. Ənənəvi maliyyə sistemi ilə rəqabət aparmaq üçün daha çox məhsul təklif edilməlidir. Bu isə innovativ yanaşma tələb edir. İslam bankçılığı sistemində likvidliyi artırmaq lazımdır və Türkiyə Mərkəzi Bankı bu istiqamətdə çalışır”, – deyə M.Şimşək vurğulayıb.
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib
Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib
ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır