


Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir
Bakı, 4 iyun, AZƏRTAC
Laçın şəhərinin su təminatı 6 ədəd subartezian quyusu vasitəsilə həyata keçirilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, şəhərin və kəndlərin su təminatı istiqamətində müvafiq addımlar atılır. Hazırda Laçın şəhəri, Zabux, Sus və Bəylik kəndləri üzrə abonent sayı 380-dir.
Şəhər üzrə 570 istehlakçıya su və kanalizasiya xidməti göstərilir.
Göyçayda taxıl biçininə başlanılıb
Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib
Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub