×
A
A
A
Sazlamalar

Azərbaycan Premyer Liqasını tərk edən komandada ayrılıq

Bakı, 4 iyun, AZƏRTAC
Başa çatan mövsümdə futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edən “Karvan-Yevlax”da ayrılıq yaşanıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi Kayl Spenslə vidalaşıb. İngiltərəli yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Kayl Spens geridə qalan mövsümdə Yevlax klubunun heyətində 34 oyun keçirib, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Karvan-Yevlax” növbəti mövsümdə Azərbaycan I Liqasında mübarizə aparacaq.

İdman 2026-06-04 16:28:00