


Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir
Xankəndi, 4 iyun, AZƏRTAC
Xankəndi şəhəri fasiləsiz olaraq içməli su ilə təmin olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşviq Adıgözəlov jurnalistlərə açıqlaması zamanı deyib.
M.Adıgözəlov bildirib ki, Xəlfəliçay və Ballıcaçay su mənbələrindən gələn sular sutəmizləyici qurğular kompleksinə daxil olur, təmizləndikdən sonra əhaliyə nəql edilir.
“Qurğunun sutəmizləmə potensialı 8 min kub gündür. Xankəndi şəhərində 104 kilometr su şəbəkəsi istismar olunur. Şəhər relyefinə görə 10 zonaya bölünüb və hər bir zona üzrə su anbarları mövcuddur. Bu zonalara 1 və 2 nömrəli sutəmizləyici qurğular xidmət göstərir”, - deyə Müşviq Adıgözəlov vurğulayıb.
Müxbir – Tahir Ağaməmmədov
Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO
Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı
Naxçıvanda iyun ayının pensiyaları ödənilib
Göyçayda taxıl biçininə başlanılıb VİDEO
Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib