


“Fənərbağça”nın prezidentinə həbs cəzası verilib
Bakı, 4 iyun, AZƏRTAC
Məhkəmə Türkiyənin “Fənərbağça” klubunun prezidenti Sadettin Saranla bağlı qərar çıxarıb.
AZƏRTAC xəbər verir ki, qərara əsasən, funksionerə “qanunsuz mərc oyunlarına təşviq” ittihamı üzrə 2 il 6 ay müddətinə həbs cəzası verilib.
Məlumata görə, qərar İstanbulda keçirilən məhkəmə iclasında elan olunub. Hadisə ilə bağlı əlavə hüquqi prosedurların davam edə biləcəyi bildirilir.
Qeyd edək ki, Sadettin Saran ötən ilin sentyabrından “Fənərbağça”nın prezidentidir. O, iyunun 6-7-də keçiriləcək prezident seçkilərində namizəd olmayacağını açıqlayıb.
İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib