


“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırıb
Bakı, 4 iyun, AZƏRTAC
“Sabah” kapitanı Amin Seydiyevlə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, 27 yaşlı müdafiəçi ilə mövsümün sonunda müddəti başa çatan müqavilə yenilənməyib.
2020-ci ildən “Sabah”ın formasını geyinən oyunçu bu müddət ərzində 186 matçda 7 qolla yadda qalıb. O, həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.
Amin Seydiyev Bakı təmsilçisinin heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanıb.
İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib