


Joze Mourinyo “Real Madrid”də görmək istəmədiyi futbolçuları müəyyənləşdirib
Bakı, 4 iyun, AZƏRTAC
İspaniyanın “Real Madrid” komandasının yeni baş məşqçisi olacaq Joze Mourinyo komandada görmək istəmədiyi futbolçuların siyahısını müəyyənləşdirib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Fran Qarsiya, Raul Asensio, Dani Sebalyos, Franko Mastantuono, Rodriqo və Eduardo Kamavinqanı gələcək planlarına daxil etməyib.
Bildirilib ki, sözügedən futbolçular yay transfer dövründə komandanı tərk edə bilərlər.
Qeyd edək ki, hazırda ölkəsinin “Benfika” kollektivinə başçılıq edən Joze Mourinyonun Madrid təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayacağı gözlənilir. O, 2010-2013-cü illərdə də “kral klubu”nun sükanı arxasında olub.
İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib